AZ

“Corc Soros və oğlu məsuliyyətə cəlb olunmalıdır” - Tramp

ABŞ Prezidenti Donald Tramp “Soros Fondu”nun təsisçisi Corc Sorosu və onun oğlunu reketçilikdə və başqa qanunsuz əməllərdə günahlandırıb və onların mühakimə olunmasına çağırış edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social” hesabında paylaşım edib.

“Corc Soros və onun gözəl radikal solçu oğlu RİCO ilə (reketçilik və qanunsuz təşkilatlara görə mühakimə aktı) mühakimə olunmalıdır. Çünki, onlar zorakı etirazları dəstəkləyiblər və bütün Amerika boyu başqa qanunsuz əməllər törədiblər. Biz bu manyakların Amerikanı daha da çox bölməyinə imkan verməyəcəyik. Onlara nəfəs almağa və azad olmağa şans verməyəcəyik. Soros və onun psixopatlar qrupu ölkəmizə böyük ziyan verib” Tramp qeyd edib. pizza sifarişi

O, Soros və tərəfarlarına “diqqətli olun, sizi izləyirik” sözlərilə xəbərdarlıq edib./APA


Telegram kanalımız
Seçilən
18
12
yenisabah.az

10Mənbələr