AZ

K-Pop "Demon Hunters" "Netflix"in ən çox baxılan filmi oldu

K-Pop "Demon Hunters" "Netflix"in ən çox baxılan filmi oldu

2025-ci ilin K-Pop cizgi filmi "Demon Hunters" Amerikanın "Netflix" axın xidmətində indiyə qədər ən çox baxılan film olub.

AFN.az xəbər verir ki, bu barədə xidmət çərşənbə axşamı yaydığı press-relizdə bildirib. "Sony Pictures Animation" ilə birgə yaradılan qlobal hit bu günə qədər 236 milyondan çox baxışla "Netflix"in ən çox baxılan filmi oldu", - deyə açıqlamada qeyd edilib.

Bundan əlavə, cizgi filmindəki orijinal mahnılar "Billboard Hot 100 chart"in Top 10-una daxil olub. Son bir ay ərzində filmin saundtrek albomu "Spotify" striminq xidmətində 52,2 milyon dinləyici toplayıb.

K-Pop "Demon Hunters" üç nəfərdən ibarət K-pop qız qrupu "Huntrix"in hekayəsini izah edir. Rumi, Mira və Zoe nəinki mahnı ifa edib oxuyur, həm də iblis qüvvələrlə mübarizə aparır, pərəstişkarlarını fövqəltəbii təhlükədən qorumağa çalışırlar.

Seçilən
21
afn.az

1Mənbələr