AZ

Macarıstan Ukraynadan taxıl tədarükünü bərpa etməyəcək

Macarıstan Ukraynadan taxıl tədarükünü bərpa etməyəcək

Macarıstan Ukraynadan buğda və qarğıdalı tədarükünü bərpa etmək niyyətində deyil, çünki bu, avropalı fermerlərin maraqlarına cavab vermir.

AFN.az xəbər verir ki, bu barədə Macarıstanın kənd təsərrüfatı naziri İştvan Naqi Budapeştdə Ukraynanın baş nazirinin Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə müavini Taras Kaçka ilə görüşdən sonra bildirib.

"Macar fermerlərin maraqları birinci yerdədir. Kənd Təsərrüfatı Nazirliyində Ukrayna Baş nazirinin müavini Taras Kaçkanı qəbul etdim. Biz razılaşdıq ki, Kiyev ölkəmiz tələb etməyənə qədər Macarıstana qarğıdalı və buğda ixrac etməyəcək. Biz idxal qadağasına riayət etməyə və macar fermerlərinin dolanışıq vasitələrini və bazarlarını qorumağa davam edəcəyik!" - deyə Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Facebook-da yazıb.

Seçilən
7
afn.az

1Mənbələr