AZ

Ağdamda atası tərəfindən döyüldüyü iddia edilən iki yaşlı körpə xəstəxanaya yerləşdirilib

Ağdamda atası tərəfindən döyüldüyü iddia edilən iki yaşlı körpə ilə bağlı bəzi təfərrüatlar məlum olub.

 

Körpə bir müddət əvvəl də valideynləri tərəfindən ağır işgəncələrə məruz qalıb.

 

Belə ki, əqli qüsurlu olduğu deyilən hər iki valideyn körpənin bədəninin bir neçə hissəsini dişləyərək xəsarət yetiriblər. Uşaq müalicə olunduqdan sonra körpələr evində himayəyə götürülüb, lakin sonradan valideynlərinə qaytarılıb.

 

***

Ağdamda azyaşlı ağır xəsarət alıb.

 

Rayonunun Xındırıstan kənd sakini 2023-cü il təvəllüdlü Rəhimov Vəli (ad şərti) ağır travmalarla Ağdam rayon mərkəzi xəstəxanasına çatdırılıb.

 

Hazırda ölümcül halda olan körpənin valideyni tərəfindən döyüldüyü deyilir.

 

Əməli törətməkdə şübhəli bilinən, azyaşlının atası Sadiq Rəhimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır./APA

Tarix: 27 Avqust 2025, 18:26   
Seçilən
9
11
pravda.az

10Mənbələr