AZ

Azərbaycanda gənclər arasında xərçəng hallarının sayı artır

2024-cü ildə Azərbaycanda 14–29 yaş aralığında olan 393 gəncdə bədxassəli şiş (xərçəng) aşkarlanıb. Bu barədə report  Dövlət Statistika Komitəsinin “Azərbaycan gəncləri” məcmuəsinə istinadan yazıb.

Rəqəmlərə əsasən, xərçəng aşkarlanan gənclərin 189-u kişi, 204-ü isə qadın olub.

Bir il əvvəl – 2023-cü ildə bu rəqəm 296 nəfər təşkil etmişdi. Beləliklə, xərçəng diaqnozu qoyulan gənclərin sayı bir il ərzində 32,7% artıb.

Yaş qrupları üzrə:

14–17 yaşlılar arasında 70 nəfərdə (2023-cü ildə 48 nəfər),

18–29 yaşlılar arasında isə 323 nəfərdə (2023-cü ildə 248 nəfər) bədxassəli şiş qeydə alınıb.

Mütəxəssislər bu artımın səbəbləri sırasında diaqnostika imkanlarının genişlənməsi, ətraf mühit faktorları, genetik meyllilik və yaşam tərzindəki dəyişiklikləri göstərirlər.

Gülnar 

Seçilən
2
18
anews.az

10Mənbələr