AZ

Meloni: Ukraynaya NATO Nizamnaməsinin 5-ci maddəsi şamil oluna bilər

Meloni: Ukraynaya NATO Nizamnaməsinin 5-ci maddəsi şamil oluna bilər

Kiyevin Qərb müttəfiqləri tərəfindən nəzərdən keçirilən mexanizmə əsasən Ukraynaya təhlükəsizlik təminatları müzakirə olunur.

AFN.az xəbər verir ki, bunu İtaliyanın baş naziri Corciya Meloni bildirib. Onun sözlərinə görə, bu mexanizm NATO Nizamnaməsinin 5-ci maddəsidir.

"İtaliya həmişə qeyd edib ki, sülhün açarı Ukrayna üçün etibarlı təhlükəsizlik təminatlarıdır. Biz buradan başlamalıyıq və bu, yaxınlarda Vaşinqtonda avropalılar, amerikalılar və ukraynalılar arasında keçirilən görüşdə də təsdiqləndi. İtaliyanın NATO Nizamnaməsinin 5-ci maddəsindən (kollektiv müdafiə haqqında) ilhamlanan mexanizmə əsaslanan təklifi hazırda müzakirələrdə əsas təklifdir", - deyə baş nazir qeyd edib.

Seçilən
9
afn.az

1Mənbələr