AZ

Azərbaycan klubunda yeni baş məşqçi

"Murov Az Terminal" klubunun kişilərdən ibarət voleybol komandasına yeni baş məşqçi təyin olunub.

İdman.biz xəbər verir ki, bu barədə "Report"a klubun baş meneceri Şiraslan Kərimov məlumat verib.

Komanda Ruslan Jbankova tapşırılıb. 55 yaşlı rusiyalı mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Murov Az Terminal" ötən mövsüm Azərbaycan çempionatının gümüş medallarını qazanıb.

İdman.biz

Seçilən
15
3
idman.biz

4Mənbələr