AZ

“Müsəlman Qardaşlar”la əlaqəm yoxdur, İŞİD-in əsas qurbanıyam"

Suriya prezidenti Əhməd Əl-Şaraa "Müsəlman Qardaşlar" hərəkatı ilə əlaqələrə dair iddiaları rədd edib və əksinə, İŞİD-in əsas qurbanı olduğunu vurğulayıb.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Livanın Ən-Nahar qəzetinə verdiyi müsahibədə Əl-Şaraa bölgədə həm millətçi, həm də islamçı ideologiyaların zəiflədiyini deyib. O, Suriya daxilində separatçı çağırışların yalnız "xəyal" olaraq qalacağını, kürdlər və Suveyda əyalətinin sakinləri ilə hər hansı razılaşmanın isə yalnız milli birlik çərçivəsində müzakirə ediləcəyini bildirib.

Əl-Şaraa Dəməşqin siyasətinin "qisas deyil, tolerantlıq üzərində qurulduğunu" qeyd edib. İsraillə əlaqələrin normallaşdırılması məsələsinə gəlincə, o, bunun yalnız Qolan təpələrinin geri qaytarılması və 1974-cü il müqaviləsinin yerinə yetirilməsi şərtilə mümkün olduğunu bildirib:

"Bu şərtlər olmadan sülh sazişindən söhbət gedə bilməz" .

Seçilən
6
2
day.az

3Mənbələr