AZ

Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək (VİDEO)

Bakı. Trend:

Sentyabrın 13-14-də Şamaxıda Üzüm və Şərab Festivalıkeçiriləcək.

Trend xəbərverir ki, festival Şamaxı rayonunun Meysəri kəndində baştutacaq.

Festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi,şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycandaüzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işləringeniş ictimaiyyətə çatdırılmasıdır. Bu il keçiriləcək festivalda daüzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlımüxtəlif maarifləndirici və əyləncəli tədbirlər də nəzərdətutulub.

Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük vəşərabçılıq kompleksinin ərazisində təşkil olunacaq festivaldamüxtəlif şərab brendləri iştirak edəcək. Bununla yanaşı, 2 günərzində festival ərazisində sərgi, əyləncə, müxtəlif ustad dərslərizonaları və məşhur restoranların pavilyonları quraşdırılacaq.

Yerli və xarici istehsalçıların nümayiş etdirdikləri müxtəlifçeşidli şərab məhsullarının dequstasiyaları olacaq, ziyarətçilərbəyəndikləri məhsulları ən sərfəli - zavod qiymətinə əldə edəbiləcək, ustad dərslərində iştirak, şərab evlərinin maraqlıhekayələrini dinləmək imkanı qazanacaqlar.

Festivala gələnləri tanınmış ifaçıların konsert proqramı dagözləyir.

Artıq dördüncü dəfədir ki, keçiriləcək Üzüm və Şərab Festivalışərab istehsalçılarına yeni işguzar əlaqələr qurmaq, məhsullarınıgeniş auditoriyaya tanıtmaq üçün gözəl fürsətdir.

Festivalda iştirak etmək istəyənlər iTicket.az saytı vasitəsiləqeydiyyatdan keçə bilərlər.

Avtobus bileti almış iştirakçılar üçün nəqliyyat Heydər ƏliyevMərkəzindən təşkil olunacaq. Avtobuslar Heydər Əliyev Mərkəzinindayanacağından saat 11:30-da yola düşəcək. Şamaxıdan Bakıya geridönüş isə saat 20:40-da olacaq.

Seçilən
27
12
az.trend.az

10Mənbələr