AZ

ABŞ ilə ticarət gərginliyini azaltmaq üçün yeni təkliflər hazırlayırlar

Avropa İttifaqı həftənin sonuna qədər ABŞ-dən idxal olunan sənaye məhsullarına bütün rüsumların ləğv edilməsi barədə qanunvericiliyin qəbulunu sürətləndirməyə çalışacaq.

Sitat.info xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Bloomberg” yayıb. 

Bildirilib ki, burada məqsəd ABŞ Prezidenti Donald Trampla ticarət sahəsində yeni gərginliklərin qarşısını almaqdır.

Məlumata görə, Avropa İttifaqı adından ticarət məsələləri ilə məşğul olan Avropa Komissiyası bəzi dəniz məhsulları və kənd təsərrüfatı mallarına güzəştli tariflər təklif etməyi nəzərdən keçirir.

Seçilən
0
2
sitat.info

3Mənbələr