Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak və Ukrayna Təhlükəsizlik Şurasının katibi Rustem Umerov bu həftə ABŞ prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff ilə görüşmək üçün ABŞ-yə gedəcək.
Operativ Media xəbər verir ki, bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb .
Məlumata görə, səfərin gündəmi Ukrayna münaqişəsi və təhlükəsizlik təminatlarının müzakirəsi olacaq.