AZ

Xırdalanda DOST Mərkəzindəki yanğın söndürülüb

Xırdalan şəhərində inzibati binada baş verən yanğın söndürülüb.

BAKU.WS xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində inzibati binada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Qeyd edək ki, yanğın DOST Mərkəzində baş verib.

***17:02

Abşeron rayonu Xırdalan şəhərində yanğın başlayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Xırdalanda yerləşən DOST Mərkəzində yanğın hadisəsi baş verib.

Əraziyə yanğınsöndürənlər cəlb olunublar.

Seçilən
30
17
far.az

10Mənbələr