AZ

Pelin Akil və Anıl Altan rəsmən boşandı

Ajans.az Haber Global-a istinadən xəbər verir ki,“Arka Sıradakiler” serialının çəkiliş meydançasında tanış olan və dostluqları 2016-cı ildə nikahla nəticələnən cütlüyün 2019-cu ildə Alin və Lina adlı əkiz qızları dünyaya gəlib. Son illərdə onların münasibətlərində gərginlik olduğu barədə iddialar gündəmdə idi. Pelin Akilin həyat yoldaşı ilə sosial şəbəkədə əlaqə saxlamaması, habelə cütlüyün ayrılıqla bağlı suallardan yayınması söz-söhbətləri daha da gücləndirmişdi. Aktrisa iyun ayında verdiyi açıqlamada ayrılığı təsdiqləmişdi:
“Biz ər-arvad olaraq yollarımızı ayırdıq. Amma uşaqlarımız olduğu üçün hər zaman birlikdə olacağıq. Bir-birimizi sevirik və həmişə bir-birimizin həyatında qalacağıq”.
Ayrılıq xəbərindən sonra Pelin Akil uzun illər istifadə etdiyi Altan soyadını sosial şəbəkə hesabından silmişdi. “Gazetemaqazin”in məlumatına görə, bir müddət övladları üçün münasibətlərini davam etdirməyə çalışan cütlük bu gün rəsmən boşanaraq yollarını ayırıb.

 

Seçilən
16
Ajans.az

1Mənbələr