"Murov Az Terminal" klubunun kişilərdən ibarət voleybol komandasına yeni baş məşqçi təyin olunub.
Bu barədə klubun baş meneceri Şiraslan Kərimov məlumat verib.
Komanda Ruslan Jbankova tapşırılıb. 55 yaşlı rusiyalı mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Murov Az Terminal" ötən mövsüm Azərbaycan çempionatının gümüş medallarını qazanıb.