AZ

Ermənistan türk dünyası ilə yaxınlaşır – ŞƏRH

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayevlə telefon danışığı aparıb.

“Cebheinfo.az” xəbər verir ki, Ermənistan XİN-in yaydığı məlumatda belə deyilir.

Qırğızıstan XİN rəhbəri Vaşinqton razılaşmaları münasibətilə Ararat Mirzoyanı təbrik edib.Mirzoyan isə öz növbəsində, Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulması və sülh haqqında Sazişin paraflanması da daxil olmaqla əldə olunmuş razılaşmaların detalları barədə məlumat verib.

O, həmçinin regional infrastrukturların açılması ilə yaranan imkanlara toxunub.Ararat Mirzoyanla Jeenbek Kulubayev ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərini də müzakirə ediblər. Qeyd edək ki, Ermənistanla Qırğızıstan xarici işlər nazirləri arasında aparılan telefon danışığı rəsmi Bişkekin “Tramp marşrutu”nun açılmasına maraq göstərməsi ilə bağlıdır.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında, yəni bölgədə sabitliyin təmin olunması və kommunikasiyaların açılması Qırğızıstan üçün də əlverişli imkanlar yarada bilər.Çünki Avropa və Çin arasında yükdaşımaların həyata keçiriləcəyi “Orta dəhliz” Qırğızıstan üzərindən nəql olunacaq. 

Bu baxımdan, Qırğızıstan Çinin böyük ticarət bazarının açılan qapısı hesab olunur. Lakin bu marşrutun  reallaşması Zəngəzur dəhlizinin açılmasından asılıdır.Son vaxtlar Ermənistanın üzvü olduğu Avrasiya İqtisadi Birlyindən (AİB) uzaqlaşaraq Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrlə yaxınlaşması qeyd edilən səbəblə izah oluna bilər. Bu da “Orta dəhliz”in məhz türkdilli ölkələrin ərazisindən keçməsi ilə bağlıdır. 

“Tramp marşrutu”nun fəaliyyətə başlamasından sonra Avrasiya nəqliyyat-ticarət dəhlizinin mərkəzində tranzit ölkəyə çevriləcək Ermənistanın iqtisadi inkişafı üçün əlverişli şərait yaranacaq. Ermənistan Türkiyə ilə iqtisadi-ticarət əlaqələr yaradacaq. Eləcə də Türkiyə investisiya şirkətləri Ermənistan bazarına daxil olacaq. Həmçinin, Ermənistana məxsus yüklər, nəqliyyat vasitələri və sərnişinlər Azərbaycan ərazisindən istifadə etməklə Rusiya, Mərkəzi Asiya, İran və Türkiyəyə çıxış imkanı qazana biləcək. Ona görə də Ermənistanın türk dövlətləri ilə yaxınlaşması məhz iqtisadi perspektivə hesablanmış addım kimi qiymətləndirilə bilər. 

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr