AZ

Məcburi köçkünlərin kommunal borcu yarana bilərmi? “Qaçqınkom”dan CAVAB

Yenisabah portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Nəzərinizə çatdırırıq ki, keçmiş məcburi köçkünlər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında mövcud qanunvericiliyə əsasən, yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə məcburi köçkün statusu olan şəxslər üçün dövlət büdcəsindən 60 manat məbləğində vahid aylıq müavinət təyin edilib. Bu siyahıya başqasının mənzilində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də daxildir. Onlar kommunal xidmətlərdən istifadəyə görə ödənişləri özləri ödəyir”. 

Bu, "Yeni Sabah"ın sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən ("Qaçqınkom") bildirilib.

Qurumun məlumatına görə, kommunal xidmət haqlarının dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi isə fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində, yəni keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda faktiki yaşayan keçmiş məcburi köçkünlərə aiddir: Dördpendirli pizza

“Kommunal xidmət haqlarının dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi isə fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində, yəni keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda faktiki yaşayan keçmiş məcburi köçkünlərə aiddir.

Onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə və ya əvvəlki daimi yaşayış yerlərinə köçürülənədək istifadə etdikləri kommunal xidmət haqları mərkəzləşdirilmiş formada müəyyənləşdirilmiş norma daxilində ödənilir. Bu qrupa aid olan məcburi köçkün statuslu şəxslər 33 manat məbləğində vahid aylıq müavinət alırlar".

Nazim Hacıyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
2
yenisabah.az

3Mənbələr