AZ

Belçika Ukraynaya “F 16” qırıcıları verəcək

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Belçikanın Xarici İşlər Naziri Maksim Prevot, sentyabr ayında Ukraynaya bir neçə “F-16” döyüş təyyarəsinin təhvil veriləcəyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Odessada keçirilən Ukrayna-Benilüks (Belçika, Niderland və Lüksemburq) görüşündən sonra danışan Prevot, dəqiq sayı bildirmədən “Gələn ay sizə bir neçə “F-16” təqdim edəcəyik” ifadəsini işlədib.

O, həmçinin atəşkəsin tam təmin olunmasından sonra Belçikanın sülhməramlı missiya çərçivəsində əsgər göndərməyə hazır olduğunu da əlavə edib.

Xatırladılıb ki, Belçikanın Müdafiə Naziri Ludivin Dedonder iki il əvvəl 2025-ci ildə Ukraynaya “F-16” verilməsini planlaşdırdıqlarını açıqlamışdı.

Onun sözlərinə görə, Belçikanın Ukraynaya ötürə biləcəyi təyyarələrin sayı, yeni “F-35” imkanlarının genişlənməsindən asılıdır.

Ukrayna, hərbi əməliyyatların əvvəlindən bəri müasir Qərb istehsalı döyüş təyyarələrinə ehtiyac duyduğunu bildirirdi, lakin Kiyevin müttəfiqləri, o cümlədən Almaniya və ABŞ, əvvəlcə belə bir ehtimalı istisna etmişdilər. Daha sonra Vaşinqtonun mövqeyi yumşalaraq, ukraynalı pilotların F-16 təliminə icazə verdi və digər ölkələrin Kiyevə F-16 verməsinə etiraz etməyəcəyini açıqladı.

Nigar Hacılı 

"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
1
cebheinfo.az

2Mənbələr