Uzun yay tətilindən sonra uşaqların yenidən məktəb rutininə alışması vaxt tələb edə bilər. Erkən oyanmaq, evdən uzaq qalmaq və valideynlərdən ayrı qalmaq kiçik uşaqlarda çətinlik yarada bilər. Məktəbə uyğunlaşma, həm ailənin, həm müəllimin davranışlarından asılıdır.
Pravda.az məktəbə rahat keçid üçün tövsiyələri təqdim edir:
Məktəb haqqında məlumat verin: Uşağa yaşına uyğun və aydın izahlarla məktəbi tanıdın.
Məktəbi gəzin: Uşağa sinif və məktəb mühiti göstərilməlidir.
Məktəbdə qalma müddətini izah edin: Uşağa təhlükəsiz olduğunu və valideynlərinin gələcəyini bildirin.
Narahatlıqlarınızı ötürməyin: Valideynlərin narahatlıqları uşağa əks olunmamalıdır.
Uşağın duyğularını dinləyin: İlk gün qorxuları normaldır, hisslərini paylaşmasına imkan verin.
Ayrılma narahatlığı yaratmayın: Uşaql vidalaşma qısa və sadə olmalıdır.
Məktəb və müəllimlə qorxutmayın: Cəzalandırma təhdidləri uşağı məktəbdən uzaqlaşdıra bilər.
Problem olduqda dəstək olun: Uşaq məktəbə getmək istəmirsə səbəbini araşdırın və müəllimlə birlikdə həll edin.
Yaş xüsusiyyətlərini nəzərə alın: Uşağın diqqət, oyun, yemək və tualet ehtiyaclarını anlayın.
Baskı ilə zorlamayın: Uşaq sinifə girmək istəmirsə, tədricən öyrəşdirmə metodundan istifadə edin və verdiyiniz sözə əməl edin.
Qeyd: Valideynlərin diqqətli davranışı uşağın məktəbə uyğunlaşmasını və məktəb mühitində uğur qazanmasını asanlaşdırır.
Əminə Bayramova