AZ

Qaynaq edən kişi bir hektar əkin sahəsini məhv etdi

Axar.az saytına istinadən ain.az xəbər verir.

Avqustun 22-də Qazax rayon Ağköynək kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Axar.az-a bildirilib ki, araşdırmalarla yanğının 1990-cı il təvəllüdlü Elnur Məmmədovun həmin ərazidə qaynaq işləri aparan zaman ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

Nəticədə bir hektar biçilmiş əkin sahəsi yanıb.

E.Məmmədov barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
5
axar.az

6Mənbələr