AZ

Tramp: Corc Soros və onun oğlu məsuliyyətə cəlb edilməlidir

Vaşinqton, 27 avqust, AZƏRTAC

Corc Soros və onun radikal solçu oğlu Amerika Birləşmiş Ştatlarının (ABŞ) hər yerində zorakılıq etirazlarını dəstəklədiklərinə və bir çox şeyə görə RICO qanunu (Korrupsiyalaşmış və reketlərin təsirinə məruz qalmış təşkilatlar haqqında qanun) ilə məsuliyyətə cəlb edilməlidir.

AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki hesabında yazıb. O bildirib ki, onların Amerikanı parçalamasına daha imkan verməyəcək.

“Onlara heç vaxt bu qədər sərbəstlik və azadlıq verməyəcəyik. Soros və onun psixopatlar qrupunun ölkəmizə böyük ziyan vurduğunu bilirik. Ehtiyatlı olun, sizi izləyirik”, - deyə Tramp əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
44
5
azertag.az

6Mənbələr