ain.az xəbər verir, Ayna saytına əsaslanaraq.
Sviridenko və Bødskov iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə dair saziş imzalayacaqlar
Danimarka hökuməti Danimarka şirkətlərinin Ukraynanın yenidən qurulmasında iştirakına dəstək üçün 500 milyon kron (78,1 milyon dollar) ayırmaq qərarına gəlib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədəı Danimarka İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
Ukraynanın Baş naziri Yuliya Svırıdenkonun krallığa səfəri ilə bağlı məlumatda qeyd edilib ki, səfər zamanı o sənaye, biznes və ticarət naziri Morten Bødskov ilə görüşəcək.
Onun sözlərinə görə, ayrılan vəsait “daha çox Danimarka şirkətinin bu işə qoşulmasına və Ukrayna iqtisadiyyatına sərmayə qoymasına kömək etmək” üçün nəzərdə tutulub.
"Biz Ukrayna Fonduna əlavə 500 milyon kron ayırırıq ki, Danimarka şirkətləri Ukraynaya sərmayə qoymağa və inkişaf etdirməyə davam edə bilsinlər. Bu gün biz əməkdaşlığımızı gücləndiririk və bir daha vurğulayırıq ki, Danimarka ukraynalılara yardımdan geri çəkilməyəcək", - Bødskov mətbuata açıqlamasında deyib.
Səfər zamanı Sviridenko və Bødskov iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə dair saziş imzalayacaqlar.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.