Hurriyyet.az xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin Baş naziri Binyamin Netanyahunun 1915-ci il hadisələri ilə bağlı açıqlamasını pisləyib.
Türkiyə XİN Netanyahunun həmin çıxışı ilə bağlı kəskin bəyanat verib. Ankara bildirib ki, bu açıqlama keçmişin ağır səhifələrindən siyasi məqsədlərlə istifadə eləmək cəhdidir.
Türkiyə XİN-in bəyanatında deyilir: "Fələstin xalqına qarşı törədilən soyqırımındakı roluna görə ittiham edilən Netanyahu özünün və rəhbərlik elədiyi hökumətin cinayətlərini ört-basdır etməyə çalışır. Biz tarixi və hüquqi faktlarla bir araya sığmayan bu açıqlamanı pisləyirik və təkzib edirik".
Hürr Tərcüman