Bakupost saytına istinadən ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, milyarder Corc Soros və onun oğlu ABŞ-də keçirilən etiraz aksiyalarına dəstəyə görə RICO qanunu (cinayətkar təşkilatlara qarşı tətbiq edilən qanun) əsasında məsuliyyətə cəlb olunmalıdırlar.
Bakupost.az xəbər verir ki, bu barədə Tramp "Truth Sosial" platformasında belə yazıb:
“Corc Soros və onun gözəl sol-radikal oğlu ABŞ-nin hər yerində zorakı etiraz aksiyalarına dəstəyə görə RICO qanunu əsasında ittiham olunmalıdırlar. Biz bu dəlilərin Amerikamızı paramparça etməsinə daha imkan verməyəcəyik – nəfəs almağa və azad olmağa belə imkan vermirlər. Soros və onun psixopatlar komandası ölkəmizə böyük ziyan vurub! O cümlədən Qərb Sahilindəki dəli dostları da. Ehtiyatlı olun, sizi izləyirik!”
Aysel,
BakuPost
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.