AZ

“Araz” supermarketlər şəbəkəsi “Uçuşa hazır ol” adlı stimullaşdırıcı lotereya həyata keçirib

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi 4 iyul-4 avqust tarixlərində “Uçuşa hazır ol” adlı stimullaşdırıcı lotereya həyata keçirib.
 

Pravda.az xəbər verir ki, lotereyanın şərtlərinə əsasən müştərilər “Araz” mobil tətbiqi və ya müştəri kartı ilə 20 AZN-lik alış zamanı kassa qəbzində çıxan xüsusi QR kodu skan edib lotereya iştirak şansı qazanıblar. Lotereya uğurla başa çatıb və qaliblər 22 avqust, saat 15:00-da “Araz”ın Günəşli superstor (İlqar Musayev küçəsi 56D) filialında keçirilən tədbirdə random.org vasitəsilə təsadüfi yolla seçilib. 10 şanslı qalib lotereya çərçivəsində 5.000 AZN-lik səyahət kuponu qazanıb. Qeyd edək ki, tədbir “Araz”ın “Youtube”, “Facebook”, “Instagram” səhifələrində canlı yayımlanıb.


“Uçuşa hazır ol” lotereyasının qaliblərinin siyahısı aşağıdakı kimidir:


Günel Novruzlu
Ramil Abdasev
Ziyadxan Həsənli
Aysel Bağırova
Rəhman Aslanov
Kamal Rzabəyov
Tahir Mürsəlov
Tatyana Petunina
Natalia Ozkaya
Siyavuş Fətəliyev

Tarix: 27 Avqust 2025, 17:01   
Seçilən
3
pravda.az

1Mənbələr