AZ

İsmayıllıda insan alverinə qarşı maarifləndirici tədbir keçirilib

İsmayıllıda insan alverinə qarşı maarifləndirici tədbir keçirilib

İsmayıllıda insan alverinə qarşı maarifləndirici tədbir keçirilib.

“XXI Əsrin Qadınları” İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Qurbanların Səsi” layihəsi çərçivəsində İsmayıllı rayonunda Uşaq və Ailələrə Dəstək Mərkəzində genişmiqyaslı maarifləndirici tədbir təşkil edib.

Tədbirdə DİN İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin Xüsusi mühüm işlər üzrə baş əməliyyat müvəkkili polkovnik-leytenant Emin Əsədov, İsmayıllı RİH-in əməkdaşı Gülər Baxışova, “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova və rayon ictimaiyyətinin fəal nümayəndələri iştirak edib.

Tədbirin əsas məqsədi insan alveri ilə mübarizə sahəsində əhalinin maarifləndirilməsi, risk qruplarının vaxtında müəyyənləşdirilməsi və potensial qurbanlara hüquqi və psixoloji dəstək imkanlarının tanıdılması olub.

Çıxışlar zamanı iştirakçılara insan alverinin mövcud formaları, beynəlxalq və yerli qanunvericilik, profilaktik tədbirlər, hüquq-mühafizə orqanlarının funksiyaları və vətəndaşların rolu haqqında ətraflı məlumat verilib. Eyni zamanda, qurbanların müdafiə mexanizmləri, reabilitasiya və reinteqrasiya prosesi ilə bağlı mövcud imkanlar diqqətə çatdırılıb. Diskussiya formatında davam edən tədbirdə iştirakçılar suallarını səsləndirib, ekspertlər isə praktiki tövsiyələr verib.

Tədbir regionda insan alverinə qarşı ictimai həssaslığın artırılması baxımından mühüm addım kimi qiymətləndirilib.

Seçilən
17
12
afn.az

10Mənbələr