AZ

Xalq artisti vəfat edib

Ajans.az Mariinski Teatrının saytına istinadən xəbər verir. Teatr rəhbərliyi və kollektivi mərhumun ailəsinə, dostlarına və həmkarlarına dərin hüznlə başsağlığı verib: “O, tamaşaçıların yaddaşında yalnız istedadlı bas ifaçısı kimi deyil, həm də misilsiz dramatik aktyor kimi qalacaq”, – deyə açıqlamada qeyd olunub. Sergey Aleksaşkin 36 il ərzində Mariinski Teatrında fəaliyyət göstərib. Bu müddətdə onun repertuarına 40-dan çox rol daxil olub. O, Avropa, ABŞ, Avstraliya, Yaponiya və Cənubi Koreyada qastrol səfərlərində çıxış edib, həmçinin dövrümüzün ən böyük dirijorları ilə əməkdaşlıq edib.

Xalq artisti ilə vida mərasiminin yeri və tarixi barədə əlavə məlumat veriləcək.

Seçilən
124
Ajans.az

1Mənbələr