AZ

BDU-dan başqa bütün universitetlər regionlara köçürülməlidir - ekspert

BDU-dan başqa bütün universitetlər regionlara köçürülməlidir - ekspert

Bakı Dövlət Universitetindən (BDU) başqa bütün universitetlər regionlara, əsasən də Qarabağa və Şərqi Zəngəzura köçürülməlidir.

AFN.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, BDU tarixdəki yerinə və simvolizmə görə Bakıda qalmalıdır.

"Universitetlərin tamamı niyə Bakıda olmalıdır ki?! Kampusu olmayan universitet nəyə lazımdır ki?! Başqa yol yoxdur, işğaldan azad edilmiş bölgələrimizin inkişafı da buna bağlıdır. Xankəndindəki model, Qarabağ Universiteti modeli doğrudur, Qarabağ və Şərqi Zəngəzurda eyni model tədbiq edilməlidir. Azad edilmiş torpaqlarda iqtisadi aktivlik üçün universitetlər və torpağa mülkiyyət məsələsi həll edilməlidir – yoxsa indiki model işlək olmayacaq".

Ekspert qeyd edib ki, universitet şəhəryaradıcı müəssisədir, ətrafında həyat qaynayır, iqtisadi aktivlik yaranır: "Dövlət iqtisadiyyatda əsas oyunçu olaraq oralarda müəssisə açmağa çalışmaqdansa, investisiya qoyub universitetləri ora köçürsə, iş yerləri, köç prosesi orqanik, ən əsası, qalıcı olacaq. Onu da deyim ki, dövlət iqtisadiyyatda ən pis menecerdir – inanmayan SSRİ-nin təcrübəsinə baxsın".

Seçilən
6
3
afn.az

4Mənbələr