"Qalatasaray" və "Monako" klubları Vilfred Sinqonun transferi üçün razılığa gəlib.
Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" 24 yaşlı müdafiəçi üçün 30 milyon avro və əlavə 5 milyon da bonus ödəyəcək. Fransa klubu eyni zamanda oyunçunun növbəti satışından 10 faiz gəlir əldə edəcək.
Bu barədə Türkiyə və Fransa mətbuat məlumat yayıb.
"Qalatasaray" Sinqo ilə 4+1 illik müqavilə imzalayacaq. Fil Dişi Sahilindən olan müdafiəçi klubun son təklifini qəbul edib.
İstanbul nəhəngi bu yay hələlik 2 transfer edib: Viktor Osimhen və Leroy Sane. Bu, onların 3-cü keçidi olacaq.