AZ

Ruslar Poltavaya kütləvi hücuma başlayıb

ain.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

Rus ordusu Ukraynanın Poltava bölgəsinə kütləvi hücum keçib.

Tribunainfo.az xəbər verir ki, ilk hücum dalğası artilleriya və PUA-larla müşahidə olunub.

Ukrayna mənbələri bildirir ki, hücum nəticəsində Poltavanın bir sıra yaşayış binaları və elektrik təsərrüfatına zərər dəyib. Poltava vilayətinin rəhbəri Vladimir Kohut bildirib ki, elektrik stansiyasının hədəfə alınması nəticəsində elektrik enerjisi verilişində problem yaranıb.

Bu gecə həmçinin Ukraynanın Donetsk vilayətində xoşagəlməz hadisə yaşanıb. Belə ki, Rusiya ordusunun hücumu nəticəsində vilayətin əsas elektrik stansiyası dağıdılıb. Nəticədə, Donbas kömür mədənlərində çalışan 146 nəfər işçi yer altında qalıb. Hazırda şaxtaçıların mədəndən çıxarılması üçün tədbir görülür.

Fərda Uğur

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
tribunainfo.az

2Mənbələr