AZ

Yasamalda zibilliyə dönmüş küçə: məsuliyyət kimindir? - FOTO

Bakı şəhərinin sürətli inkişafı, infrastruktur layihələrinin genişləndirilməsi və abadlıq işlərinin aparılması paytaxtın ümumi simasının müsbət yöndə dəyişməsinə xidmət edir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, bəzi yaşayış massivlərində gündəlik məişət problemləri öz həllini hələ də tapmamış qalır.

Eologiya.az bildirir ki, redaksiyaya müraciət edən Yasamal rayon sakinlərinin sözlərinə görə, Yeni Yasamal 2, Dairəvi küçə 1-ci döngə — yəni Yeni Yasamal parkından MTK-188 və Gənc alimlər binasına gedən əsas yol — uzun illərdir ki, təmir olunmur və küçə təmizliyi sahəsində ciddi çatışmazlıqlar mövcuddur.

Müşahidələr göstərir ki, yol kənarlarında yığılıb qalmış məişət tullantıları vaxtında daşınmadığı üçün ərazidə antisanitariya halları yaranır. Bununla yanaşı, yabanı otların vaxtında təmizlənməməsi küçə keçidlərini daha da daraldır və sakinlərin narazılığına səbəb olur. Bu hal həm ekoloji baxımdan mənfi təsir göstərir, həm də şəhərsalma mədəniyyətinə ziddir.

Vətəndaşların bildirdiyinə görə, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, problemin həllində real nəticə müşahidə olunmur. Redaksiyamızın rəhbərliyi də bir neçə dəfə Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin müdiri Vüsal Hüseynov və 19 №-li Mənzil İstismar Sahəsinin müdiri Kamal İsmayılova məlumat təqdim etmişdir. Təəssüf ki, bu məlumatlar da gözlənilən effekti verməmişdir.

Burada əsas problem yalnız texniki deyil, həm də idarəçilik məsuliyyəti ilə bağlıdır. Şəhər idarəçiliyində belə xırda görünən məsələlərə etinasız yanaşma, rayon rəhbərliyinin həyata keçirdiyi genişmiqyaslı abadlıq və quruculuq işlərinin ictimai rəy qarşısında kölgədə qalmasına səbəb olur.

Məsələ elmi yanaşma baxımından da diqqətə layiqdir. Urbanistika və şəhərsalma nəzəriyyələrinə görə, şəhər mədəniyyəti yalnız iri layihələrlə deyil, həm də məhəllədaxili məkanların abadlığı ilə ölçülür. Məhz küçələrin təmizliyi və məişət tullantılarının idarə olunması, sakinlərin şəhər mühitinə münasibətini formalaşdıran əsas amillərdəndir.

Nəticə olaraq, ümid edirik ki, bu kiçik xəbərdarlıq yazımız aidiyyəti şəxslər üçün bir məsuliyyət siqnalı olacaq. Hər bir idarəçi anlamalıdır ki, ən sadə məsələlərdə göstərilən laqeydlik, böyük işlərin də dəyərini azalda bilər. İnanırıq ki, qarşıdakı günlərdə qeyd olunan problemlər aradan qaldırılacaq və Yeni Yasamal sakinləri təmiz və abad küçələrdə yaşamağa layiq olduqlarını görəcəklər.

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Yasamalda

Yasamalda

Yasamalda

Yasamalda

Yasamalda

Yasamalda

Yasamalda

Yasamalda

Yasamalda

Yasamalda

Yasamalda



Seçilən
2
ekologiya.az

1Mənbələr