AZ

Vilayəti kimi ünsürlərə sarsıdıcı zərbə

Azərbaycan Prezidenti cənab İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına verdiyi intervüdə fikirmcə, ilk dəfədir ki, Ermənistanla sülh haqda bu dərəcədə nikbin danışıb və nikbinliyinin səbəblərini də göstərib. Səbəblərdən biri avqustun 8-də Azərbaycanla Ermənistan arasında sülh yonündə atılan çox mühüm addımı “dünyanın bir nömrəli ofisi”nin dəstəkləməsidir. Yənihakimiyyət dəyişikliyi, yaxud da hər hansı başqa bir səbəbdən Ermənistan 8 avqust razılaşmasından imtina edəcəyi təqdirdə cənab Prezidentin də vurğuladığı kimi ABŞ ilə əlaqələri pisləşəcək. Çünki onun özü də bildirdi, bu, cənab İlham Əliyevlə Nikol Paşinyan yox, Azərbaycanla Ermənistan arsında imzalanan sənəddir. Üstəlik, həmən razlaşmanı səmimi dəstəkləyən dövlətlərin də buna necə reaksiya verəcəkləri unudulmamalıdır. Demək, 8 avqust razılaşmasından imtina Ermənistana yaxşı heç nə vəd etmir. Həm də ona görə ki, “Regiondakı güc balansı hər baxımdan tamamilə bizim xeyrimizədir. Düşünürəm ki, bu, hər kəsə aydındır. Əgər Ermənistan bir daha bizim ərazi bütövlüyümüzü şübhə altına qoysa, biz də adekvat cavab verəcəyik”.

Müzəffər Ali Baş Komandanımızın xəbərdarlıq xarakterli bu açıqlmasının nə demək olduğunu xəstə cəmiyyətin ən radikal ünsürləri, yəni revanşistlər qarışıq Ermənistanda yəqinhər kəs anlayır. Onun Zəngəzur dəhlizi haqda bu açılaması da həmən cəmiyyətin müəyyən dərəcədə ayılmasına məncə, təsirsiz ötüşməyəcək: “Prezident Tramp Zəngəzur dəhlizinə öz adını verdikdən sonra əminəm ki, bu layihə çox yaxın zamanda reallaşacaq. Fiziki infrastrukturun, yəni, dəmir yolunun tikintisi uzun vaxt tələb etməməlidir, çünki məsafə cəmi 42 kilometrdir.

... Xəritəni göz önünə gətirsəniz, həmin yol Şimali Avropadan Rusiyaya, Azərbaycana, sonra Azərbaycandan Zəngəzura gedə, Naxçıvana daxil ola, - və oradan isə bizim İranla dəmir yolu əlaqəmiz var, - və onunla Fars körfəzinə çıxmaq olar. Deməli, əslində, Zəngəzur dəhlizi təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi olacaq. Deməli, Rusiyadan Azərbaycana, İrana gedən Şimal-Cənub marşrutundan əlavə, bizim digər marşrutumuz da olacaq - Rusiyadan Azərbaycana, Ermənistana, Naxçıvana və İrana. Beləliklə, düşünürəm ki, bütün region üçün hamının udacağı vəziyyət yaranacaq və heç kim bundan itirməyəcək”.

İranda Vilayəti kimi ünsürlərin bu dəhlizin açılmasına imkan verməyəcəkləri haqda hədələrinə dövlət başçımızın yanaşması da məncə, çox düşündürücü və o hədəni səsləndirənlər üçün sarsıdıcı idi.

Doğrudan da, Pezeşkianı İran xalqı seçdiyindən ölkəsinin mövqeyi haqda onun dedikləri əsas götürülməlidir. Legitimliyi sual altnda olanların yox!Məhz bu səbəbdən onların sərgilədikləri mövqenin cənab İlham Əliyevin təbirincə desək, “Bizim üçün əhəmiyyəti sıfırdır”!

Seçilən
0
aznews.az

1Mənbələr