AZ

Florenzi futboldan gedir? - özü açıqladı

İtaliya millisinin sabiq futbolçusu Alessandro Florenzi rofessional futbol karyerasını başa vurmasına münasibət bildirib.

90deqiqe.Az-ın məlumatına görə, o, futbola verdiyi önəmi və həyatda qazandığı dərsləri belə qeyd edib:

"Futbol mənə dözümlülük, iradə və heç vaxt təslim olmamağı öyrətdi. Mənə inanılmaz sevinc və eyni zamanda, hansı gücümün olduğunu göstərən ağrılar yaşatdı. Mən sənə hər şeyimi verdim"

Futbolçulara çağırış edərək, o, gənc oyunçulara öz məsləhətlərini də verib: "Futbolu peşə olaraq seçmək istəyənlər, yaşıl meydanda oynarkən həmişə yadda saxlayın ki, bu sadəcə bir oyunudur. Oynayın və hər şeyinizi meydana qoyun, sanki bu sizin sonuncu oyununuzdur. Həmişə gövdənizdəki emblema üçün oynayın, adınızın arxasındakı yazı üçün yox".

Florenzi 15 illik karyerası ərzində "Roma", "Krotone", "Valensiya", "PSJ" və "Milan" kimi klublarda forma geyinib. O, həmçinin 2020-ci ildə İtaliya millisi ilə Avropa çempionu olub.

Seçilən
19
90deqiqe.az

1Mənbələr