ain.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.
Nəzərdə tutulan plana əsasən metro stansiyalarının sayı 2030-cu ilədək əhəmiyyətli dərəcədə genişləndiriləcək.
Bu barədə nəqliyyat eksperti Elməddin Muradlı Missiya.Az-a danışıb.
"Metro stansiyalarının sayı minimum 60-dan yuxarı olmalıdır, lakin bizdə təqribi 28, 29 stansiya var. Bu da Bakı üçün uyğun bir göstərici deyil.
Cənab prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda bu məsələlər geniş təhlil olunub və ortaya çıxan məsələ budur ki, metro şəbəkəsi əhəmiyyətli formada genişləndirilməlidir".
Ekspertin sözlərinə görə, zərurət olan bir çox istiqamətlər var ki, həmin ərazilədə də metro stansiyalarına ehtiyac var. Bu baxımdan metro şaxələndikcə nəqliyyat sıxlığının aradan qalxması özünü göstərəcək. Müvafiq şaxələnmə ilə ictimai nəqliyyatdan (avtobuslardan) istifadə edənlərin sayı da azalacaq, həmçinin iki minik vasitəsi arasında nizamlı daşımalar həyata keçiriləcək, bu da tıxac problemini müəyyən dərəcədə aradan qaldıran məsələdir:
"İnsanlar üçün nəqliyyat daha əlçatan olduqda şəxsi avtomobildən istifadə edənlərin sayında azalma müşahidə olunur və tıxacın aradan qalxması ilə nəticələnir. Cari zamanda Bakıda nəqliyyat sıxlığının bu dərəcədə olması 40 faiz göstərici ilə ictimai nəqliyyatın lazımi səviyyədə olmaması ilə bağlıdır.
Metro stansiyaları, eləcə də, avtobuslar kifayət qədər deyil. Köhnə qatarlardan hələdə istifadə olunur: Soyutma və isitmə sistemləri yoxdur və bu kimi bir sıra səbəblər bura daxildir".
Elməddin Muradlı bildirib ki, bu məsələlər qaydasında olmadıqda diskonfort vəziyyət yaranır və insanlar şəxsi avtomobillərə üz tuturlar. Təbii ki, avtomobil almaq pis bir şey deyil, iqtisadi bir göstəricidir və insanların sosial rifah halının yüksəlməsi ilə əlaqədardır. Amma intensiv olaraq avtomobildən istifadə başqa məsələlərə işıq tutur. Yəni ictimai nəqliyyata marağın aşağı səviyyə olması ilə əlaqələndirilə bilər:
"Ona görə son dövrlərdə aparılan islahatlar bununla nəticələnib ki, ötən illə müqayisədə ictimai nəqliyyatdan istifadə də təxminən 6 faizə yaxın artım var. Bu da o deməkdir ki, insanlar daha çox bu vasitələrə maraq göstərməyə başlayıblar. Avtobus və metro stansiyalarının sayı artıb, interval azaldıqca bu göstəricilər daha çox artacaq. Yəni şəxsi avtomobillərlə yox, ictimai nəqliyyat vasitələri ilə səfərlər daha çox üstünlük təşkil edəcək",- E.Muradlı əlavə edib.
İlahə Qənbərli
Missiya.Az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.