ain.az, Ayna portalına istinadən məlumat yayır.
“Liderlərin şəxsi münasibətlərini nəzərə alsaq, görüş, salamlaşma və söhbət ehtimalı var”
Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) avqustun 31-dən sentyabrın 1-dək keçiriləcək sammiti çərçivəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşə bilər. AYNA.AZ xəbər verir ki, bu barədə “RİA Novosti” türkiyəli diplomatik mənbəyə istinadən məlumat yayıb.
“Liderlərin şəxsi münasibətlərini nəzərə alsaq, görüş, salamlaşma və söhbət ehtimalı var”, - mənbə bildirib.
Mümkün danışıqların formatının hələ müəyyən edilmədiyi bildirilir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.