Bakupost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Avqustun 26-da "Ryazan-Moskva" əsas neft kəmərində güclü partlayış baş verib.
Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki mənbələr "RBK-Ukrayna"ya məlumat veriblər.
Bildirilib ki, bu kəmər Moskvanın əsas neft məhsulu mənbələrindən biridir. Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub.
Ukrayna Baş Kəşfiyyat İdarəsinin məlumatına əsasən, Moskva istiqamətində neft məhsullarının daşınması müvəqqəti dayandırılıb və "Transneft" nümayəndələri hadisənin yaratdığı zərəri hesablayırlar.
Partlayış Ryazan vilayətində yerləşən Bojatkovo qəsəbəsində baş verib. Hadisə şahidlərinin bildirdiyinə görə, əvvəlcə güclü partlayış səsi eşidilib, sonra isə tarlada yanğın başlayıb.
"Ryazan-Moskva" neft kəmərinin uzunluğu 197 km, illik ötürmə gücü isə 5,2 milyon ton təşkil edir.
Bu xətt Ryazan Neft Emalı Zavodundan Moskvaya benzin və digər məhsulların çatdırılması üçün istifadə olunur. Zavod Rusiyanın ən böyük müəssisələrindən biridir.
Aysel,
BakuPost
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.