AZ

Uğur Estetik Mərkəzində lisenziyasız fəaliyyət aşkarlanıb

ain.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Uğur Estetik Mərkəzində baş verən və mətbuatda yayılan görüntülər ictimaiyyətdə ciddi narahatlıq doğurub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin canlı yayımında Analitik Ekspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiri Tamam Həsənova məlumat verib.

Onun sözlərinə görə, sözügedən tibb müəssisəsi barədə daxil olan məlumat əsasında dərhal plandankənar yoxlama aparılıb.

“Yoxlama zamanı məlum oldu ki, həmin mərkəzin fəaliyyət göstərmək üçün lisenziyası yoxdur, orada çalışan həkim reyestrdə qeydiyyata alınmayıb. Eyni zamanda, müəssisədə gigiyena qaydalarının pozulması faktları aşkar edilib”, – deyə T.Həsənova bildirib.

O əlavə edib ki, pozuntularla bağlı protokol tərtib olunub.

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
bakivaxti.az

1Mənbələr