AZ

YAP Biləsuvar rayon təşkilatı şəhid anası partiyanın veteran üzvü ilə görüş keçirib FOTOLAR

ain.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avqust ayının 26-da YAP Rayon təşkilatının veteran üzvü, uzun müddət səhiyyə sahəsində çalışmış, şəhid anası Haxverdiyeva Əzizə Babakişi qızı Ağayrı kəndində yaşadığı ünvanda ziyarət olunub. TədbirdəYeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, rayonun Heydər Əliyev Mərkəzinin direktoru Səyalə Şahbazova, Ağayrı kənd ərazi partiya təşkilatının sədri Fərhad Əhmədli və rayon təşkilatının əməkdaşları iştirak ediblər.

Görüşdə YAP Rayon təşkilatının sədri partiyanın bugünkü uğurlarında onun möhkəm təməlini qoymuş, təşkilatı işlərə məsuliyyətlə yanaşan veteran üzvlərin əvəzsiz xidmətlərinin olduğunu vurğulayıb. Əzizə xanımın həm rayonun ictimai siyasi həyatında, həm səhiyyə sahəsində, həm də partiyanın rayon təşkilatının qarşısındakı xidmətləri təqdir olunub. Söhbət zamanı Əzizə xanımın övladı, şəhid Cavid Haxverdiyevin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib. Bildirilib ki, Ali Baş Komandanımız, YAP sədri, cənab prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük vətən müharibəsi zamanı Azərbaycan torpaqlarının yağı düşmənin tapdağından azad edilməsilə, həm də I Qarabağ müharibəsi şəhidlərinin qisası alındı.Kamil Qurbanlı dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışaraq bildirib ki, vətən uğrunda qəhrəmanlıqla vuruşaraq şəhid olan və döyüşlərdən qəhrəman kimi ayrılan, cəsur, igid, qorxmaz Azərbaycan oğullarına dövlətimiz və xalqımız daim minnətdar olacaq.

Rayon təşkilatının ən qocaman xanım üzvü öz dəyərli fikirlərini bölüşərək, YAP rayon təşkilatının təsis yığıncağının tarixi barədə maraqlı söhbət etmişdir. Görüşdə iştirak edən digər iştirakçılar da partiya veteranı ilə həmsöhbət olaraq onun dəyərli fikirlərindən məmnun olduqlarını ifadə etmişlər.

Sonda şəhid anası, partiya veteranıƏzizə Haxverdiyeva YAP Rayon təşkilatının qarşısındakı uzunmüddətli səmərəli xidmətlərinə görə“Təşəkkürnamə”ilə təltif edilərək ona xatirə hədiyyəsi təqdim olunmuşdur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
sesqazeti.az

1Mənbələr