Çin lideri şəxsi təyinatı ilə gələn generalların beşdə birini vəzifədən uzaqlaşdırıb...
Poliqon xəbər verir ki, Çin lideri Si Tinpin ölkənin hərbi rəhbərliyində son onilliklərin ən genişmiqyaslı təmizləmə əməliyyatını həyata keçirib. Bloomberg Agentliyinin televiziya reportajları, parlament qəzetləri və digər rəsmi sənədlər əsasında apardığı təhlilə görə, Si hakimiyyətə gəldikdən sonra şəxsən təyin etdiyi generalların təxminən beşdə biri vəzifədən uzaqlaşdırılıb. Bu addım Sidən əvvəlki heç bir Çin liderinin atmadığı misilsiz qərar kimi dəyərləndirilir.
Çistkaların nəticəsində Çin Xalq Azadlıq Ordusunun ali idarəetmə orqanı olan Mərkəzi Hərbi Şurada (MHS) hazırda cəmi dörd üzv qalıb. Halbuki Si Cinpinin üçüncü prezidentlik müddətinin əvvəlində bu rəqəm yeddi idi. Bloomberg-in təhlili göstərir ki, bu, Mao Tszedun dövründən sonrakı bütün mərhələlərdə ən az nümayəndəli MHS-dir.
Ekspertlərin fikrincə, Çin Xalq Azadlıq Ordusunda davam edən kadr dəyişiklikləri xarici müşahidəçilər qarşısında ciddi suallar doğurur. Çin Kommunist Partiyasının qapalı və qeyri-şəffaf strukturu fonunda cavab tapmaq çətinləşir: bu təmizləmələr Si Cinpinin siyasi gücünü nümayiş etdirirmi, yoxsa əksinə, onun zəifliyinin göstəricisidirmi?
Gözlər indi gələn həftəyə yönəlib. Si Tsinpin 2019-cu ildən bəri ilk dəfə olaraq Pekində, Tiananmen meydanında yerləşən Sülh Qapısından hərbi paradı izləyəcək. Bu parada yeni tanklar, raketlər və Tayvana hücum, yaxud ABŞ-ın hərbi üstünlüyünə təhdid yarada biləcək digər silahların nümayişi gözlənilir.
Bununla yanaşı, parad zamanı analitiklər başqa bir mühüm suala cavab axtaracaqlar: Si Cinpin öz generallarına müharibə aparmağı həvalə edəcək qədər güvənirmi? Onlar həmçinin orduda aparılan son kadr dəyişikliklərinin Si Cinpinin 2027-ci ildə gözlənilən dördüncü prezidentlik müddətinə hazırlaşması ilə necə bağlı olduğunu anlamağa çalışacaqlar.
Poliqon.info