AZ

Özəl klinikalarda əmək müqaviləsiz işçilər aşkarlandıqda protokol tərtib olunur

Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.

Özəl tibb müəssisələri işçilərini əmək qanunvericiliyinə uyğun işə götürməlidir.

Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiri Tamam Həsənova bildirib.

Onun sözlərinə görə, bəzi hallarda əmək qanunvericiliyi pozularaq işçilər əmək müqaviləsi olmadan işə cəlb edilir.

“İşçi ilə işəgötürən arasında xidməti müqavilə mövcud olsa belə, bunu müəyyənləşdirmək bəzən çətin olur. Lakin belə hallar aşkarlandıqda həmin müəssisələr barəsində protokol tərtib edilir”, – deyə T. Həsənova qeyd edib.

Mina Mikayılova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
bakivaxti.az

1Mənbələr