Rusiyanın Sankt-Peterburq şəhərində yerli "milli bolşeviklər" Azərbaycan konsulluğu qarşısında təxribat törətməyə cəhd ediblər.
XəzərNews.az xəbər verir ki, “E.V.Limonovun başqa Rusiyası” adlı marginal qrupun fəalları “Bakının anti-Rusiya siyasətinə qarşı sərt tədbirlər görülməlidir” və “Rus jurnalistlərinə azadlıq” şüarları yazılmış plakatlarla konsulluğun qarşısına çıxıblar.
Onlar Bakını Ukraynaya dəstək verdiyinə görə gözdən salmaq üçün aksiya keçirməyə cəhd ediblər. Polis aksiyanın üç iştirakçısını - Qleb Yejov, Danil Şmalko və İvan Qubini saxlayıb.
Lakin partiya fəallarının “Telegram” kanalında verdikləri məlumata görə, onlar saxlanılsalar da, polis şöbəsinə aparılmayıb, yarı yolda sərbəst buraxıllıblar.
Xəbər 1 dəfə oxunub.