AZ

“Plandankənar yoxlamalar barədə sahibkarlar ən azı bir gün əvvəl xəbərdar edilir” -Tamam Həsənova

15: xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiri Tamam Həsənova qeyd etdi.

"Plandankənar yoxlama odur ki, əsas üç mənbədən vətəndaş şikayətlərindən, dövlət orqanlarının müraciətlərindən, yaxud media subyektlərinin işıqlandırdığı məsələlər əsasında aidiyyəti üzrə Analitik Ekspertiza Mərkəzində plandankənar yoxlamanın keçirilməsi barədə qərar qəbul edilir. Bu plandankənar yoxlamanın həyata keçirilməsindən əvvəl Ədliyyə Nazirliyinə məxsus yoxlamaların vahid məlumat reyestrindən çıxarış əldə olunur. Əks halda, qeyd etdiyim kimi, yoxlamanın nəticələri əsassız hesab olunur. Çıxarış əldə olunduqdan sonra qərar və yoxlayıcılar barədə məlumatlar yoxlanılacaq müəssisəyə bildirilir. Yəni, həm planlı yoxlama zamanı, həm də plandankənar yoxlama zamanı müəssisə öncədən xəbərdar olur. Planlı yoxlamada müəssisəyə ən azı beş gün əvvəl məlumat ötürülürsə, plandankənar yoxlamada isə ən azı bir gün əvvəl müəssisə bu barədə xəbər tutur",- deyə o qeyd etdi.

Nuriyyə NATİQQIZI

Seçilən
29
1
redaktor.az

2Mənbələr