AZ

Son iki ildə ABB Bank-ın əməkdaşlarının sayı - 1000 NƏFƏR ARTIB

Azərbaycan Beynəlxalq Bankı- ABB-nin əməkdaşlarının sayı sürətlə artmaqdadır.

FED.az xəbər verir ki, 2023-cü ilin əvvəlindən 2025-ci ilin ilk yarısınadək olan dövrdə bankın əməkdaşlarının sayı təqribən 1000 nəfər artıb.

Belə ki, 2023-cü ilin əvvəlində bankda 3096 işçi çalışırdısa, 2025-ci ilin ilk yarısının sonuna bu rəqəm 3991 nəfərə və ya təqribən 4 minə yüksəlib.

Xatırladaq ki, 2025-ci ilin ilk yarısının yekunlarına görə, ABB-nin aktivləri 14 milyard manatı keçərək 14 milyard 47 milyon manat olub.

Bank bu dövrdə ümumilikdə 731 milyon manat gəlir əldə edib və yarım ili 155,5 milyon manat xalis mənfəətlə tamamlayıb.

Seçilən
16
fed.az

1Mənbələr