AZ

Bu ölkənin məktəblərində mobil telefon qadağan edildi

Cənubi Koreya parlamenti məktəblərdə dərs saatlarında mobil telefon və ağıllı cihazların istifadəsini qadağan edən qanun layihəsini qəbul edib.

"Cebheinfo.az" "The Korea Herald" qəzetinə istinadən xəbər verir ki, Milli Məclisdə keçirilən səsvermədə iştirak edən 163 deputatdan 115-i qanun layihəsinin lehinə səs verib.

Yeni qanuna əsasən, şagirdlər dərs saatlarında mobil telefon və ağıllı cihazlardan istifadə edə bilməyəcəklər.

Lakin fiziki məhdudiyyətli və xüsusi təhsil ehtiyacı olan şagirdlər, eləcə də təcili hallarda istisna tətbiq olunacaq.

Millət vəkilləri, valideynlər və müəllimlər “ağıllı” telefon istifadəsinin şagirdlərin akademik nailiyyətlərinə mənfi təsir etdiyini və dərsə ayıracaqları vaxtı azaltdığını bildirirlər.

Müxalifətdə olan “Xalqın Gücü” partiyasının millət vəkili Cho Jung-hun qanun layihəsini təqdim edərkən çıxışında belə deyib:

“Şagirdlərin beyin inkişafı və emosional yetkinliyi üzərində ağıllı telefon asılılığının son dərəcə zərərli təsirləri ilə bağlı ciddi elmi və tibbi sübutlar mövcuddur”.

Seçilən
15
cebheinfo.az

1Mənbələr