Sumqayıt şəhərində çörək sexində yanğın hadisəsi qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə “Stansiya Sumqayıt” qəsəbəsi ərazisində baş verib.
Yanğınla mübarizə tədbirlərinə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.