AZ

Vyetnamda “Kajiki” tayfunu səbəbindən ölənlərin sayı 7-yə yüksəlib

Vyetnamda “Kajiki” tayfunu səbəbindən ölənlərin sayı 7-yə yüksəlib

Vyetnamda təsirli olan “Kajiki” tayfununun törətdiyi güclü fırtına və daşqınlar nəticəsində ölənlərin sayı 7-yə, yaralananların sayı isə 34-ə çatıb.

Vietnam News-un məlumatına görə, tayfunun gətirdiyi leysan yağışları və daşqınlar ölkədə həyata mənfi təsir etməkdə davam edir.

Rəsmilər bildiriblər ki, 7 nəfər həyatını itirib, 34 nəfər yaralanıb, bir nəfərdən isə hələ də xəbər yoxdur.

Tayfun səbəbilə təxminən 1,6 milyon insan elektrik enerjisiz qalıb, 15 ev tamamilə dağılıb.

Vyetnamın baş naziri Pham Minh Chinh yerli hakimiyyət orqanlarına axtarış-xilasetmə işlərinin sürətləndirilməsi barədə göstəriş verib.

Qeyd edək ki, 23 avqustda Çinin cənubundakı Haynan adasında “Kajiki” tayfunu ilə əlaqədar “4-cü səviyyə” fövqəladə vəziyyət elan edilmişdi.

“Kajiki” bu il Sakit okeanda formalaşan 13-cü tayfun kimi qeydə alınıb.

Seçilən
23
afn.az

1Mənbələr