AZ

Günorta yuxusu təhlükəli ola bilər: erkən ölüm riski artır

Yuxu sağlam həyatın əsas şərtlərindən biridir.


Pravda.az bildirir ki, son araşdırmalara görə, günorta saatlarında edilən uzun yuxular sağlamlığı ciddi şəkildə təhlükə altına sala bilər.


90 min nəfər üzərində aparılan araşdırma


Alimlər 90 min nəfərin yuxu vərdişlərini izləyərək maraqlı nəticələr əldə edib. Uzun və nizamsız günorta yuxularının depressiya, diabet və ürək xəstəlikləri ilə əlaqəli ola biləcəyi və hətta ölüm riskini artıra biləcəyi müəyyən olunub.


11 il davam edən müşahidə


Yaş ortalaması 63 olan iştirakçılar 11 il ərzində izlənilib. Nəticədə onların 6 faizinə bərabər olan 5 min 189 nəfərin həyatını itirdiyi aşkar edilib.


Mütəxəssislər vurğulayır ki, bəzi yuxu vərdişləri ölüm riskini artırsa da, bu araşdırma birbaşa səbəb-nəticə əlaqəsini tam sübut etmir.


Əminə Bayramova 

Tarix: 27 Avqust 2025, 14:56   
Seçilən
1
pravda.az

1Mənbələr