AZ

Türkiyədəki yataqlarda ilk dəfə yerli qazma avadanlıqlarından istifadə olunub

Ankara, 27 avqust, AZƏRTAC

Türkiyədə neft hasilatı yataqlarında ilk dəfə yerli qazma avadanlıqlarından istifadə olunub.

AZƏRTAC Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinə istinadla xəbər verir ki, yerli şirkətlərin və universitetlərin birgə səyləri nəticəsində “Seyit Onbaşı” və “Naim Süleymanoğlu” adlı ilk iki yerli qazma qurğusu hazırlanıb.

Belə ki, 43,2 metr hündürlüyündə qurğuları qazma dərinliyi 5 min metrə qədərdir. Onlardan biri artıq Şırnak vilayətinin Silopi rayonunda, ikincisi isə həmin cənub-şərq əyalətində, Qabar dağı ərazisində istehsalatda istifadə olunur.

Energetika Nazirliyi yerli qazma qurğularından istifadəni “idxal avadanlığının əvəz edilməsi Konsepsiyasının həyata keçirilməsinin bariz nümunəsi” adlandırıb. “Bizim əsas məqsədimiz enerji sektorunda tamamilə müstəqil Türkiyədir”, -deyə nazirlik vurğulayır.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
7
1
azertag.az

2Mənbələr