AZ

Tramp: Vaşinqtonda qətl törədənlərə ölüm cəzası veriləcək

14:51 27.08.2025
14:51 27.08.2025

ABŞ Prezidenti Donald Tramp, Vaşinqtonda cinayətkarlara ölüm cəzası veriləcəyini açıqlayıb. 

Mynews.az xarici mediaya istinadən xəbər verir ki, o, cinayətlərin azaldığını vurğulayaraq bu üsulun güclü təsirə malik olduğunu bildirib.

Xüsusilə son iki həftədə paytaxtda heç bir qətl hadisəsinin baş vermədiyini vurğulayan Tramp deyib:

"Əgər Vaşinqtonda kimsə adam öldürərsə, biz onun haqqında ölüm cəzası tələb edəcəyik. Bu çox güclü vasitədir. Düşünürəm ki, hər kəs mənimlə razıdır".

O, ölkə üzrə cinayətkarlığa qarşı daha sərt tədbirlər görəcəklərini vurğulayaraq belə əlavə edib:

"Mən diktator deyiləm, sadəcə cinayətləri necə önləməyi bilirəm".


Seçilən
6
mynews.az

1Mənbələr