AZ

Azərbaycanda 15 abnkın xalis əməliyyat mənfəəti böyüyüb

2025-ci ilin birinci yarımilində Azərbaycanda xalis əməliyyat mənfəətini ən çox artıran bankların adları məlum olub.

Bankların 30 iyun 2025-ci il tarixinə olan maliyyə hesabatlarına əsasən, xalis əməliyyat mənfəətinin artım dinamikasına görə ilk sırada “Bank VTB (Azərbaycan)” ASC qərarlaşıb. Bankın mənfəəti 2 milyon 922 min manat və ya 93,3% artıb.

İkinci yerdə “TuranBank” ASC gəlir – 5 milyon 214 min manat artımla 56,7%.

“Bank of Baku” ASC 5 milyon 152 min manat artımla (37,6%) üçüncü, “Bank Melli İran”ın Bakı filialı isə 571 min manat artımla (37,5%) dördüncü olub.

Növbəti yerlərdə “Ziraat Bank Azərbaycan” ASC 3 milyon 11 min manat artımla (23,3%), “Azərbaycan Sənaye Bankı” ASC 738 min manat artımla (22,7%) və “Premium Bank” ASC 1 milyon 26 min manat artımla (18,4%) qərarlaşıb.

Siyahıda, həmçinin, “Kapital Bank” ASC (28 milyon 820 min manat artımla 13,6%), “Bank BTB” ASC (289 min manat artımla 12,4%), “Yapı Kredi Bank Azərbaycan” QSC (843 min manat artımla 11,4%), “Expressbank” ASC (778 min manat artımla 7,9%), “Bank Respublika” ASC (2 milyon 475 min manat artımla 7,4%), “AccessBank” QSC (1 milyon 344 min manat artımla 4,1%), “Xalq Bank” ASC (401 min manat artımla 0,9%) və “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC (349 min manat artımla 0,1%) yer alıb.

Hesabat dövründə ümumilikdə 15 bankın xalis əməliyyat mənfəətində artım baş verib.

Seçilən
6
fed.az

1Mənbələr