AZ

Kalsium balansı pozulduqda hansı əlamətlər yaranır?

Əgər səbəbi bilinməyən davamlı ağrılar yaşayırsınızsa, buna səbəb bədənin kalsium balansının pozulması ola bilər.


Pravda.az bildirir ki, bu vəziyyət sümükləri və ümumi sağlamlığa mənfi təsir edə bilər.


Paratiroid vəzilərinin həddindən artıq hormon ifraz etməsi nəticəsində yaranan hiperparatiroidi adlanan xəstəlik çox vaxt başqa narahatlıqlarla qarışdırılır və təsadüfən aşkarlanır.


Kalsium balansını poza bilən gizli xəstəlik


Bu vəzilər kalsiumun sümüklərdən çıxarılmasını və bədən tərəfindən geri sovrulmasını tənzimləyir. Balans pozulduqda isə halsızlıq, saç tökülməsi, tez-tez sidiyə getmə, əzələ ağrıları və depressiya kimi əlamətlər ortaya çıxa bilər.


Diaqnoz yalnız qan testi və görüntüləmə ilə qoyulur


Xəstəlik yalnız qan analizləri və ultrasəs, MR kimi müayinələrlə müəyyən edilə bilər. Ən çox rast gəlinən səbəb isə paratiroid vəzisinin böyüyərək həddindən artıq hormon ifraz etməsidir. Kiçik bir əməliyyatla həmin vəzin götürülməsi xəstəni tamamilə sağalda bilər.


Nə vaxt şübhələnməli?


Tez-tez böyrək daşı salan, səbəbsiz qarın və bel ağrıları yaşayan, dayanmadan yorğunluq, saç tökülməsi, sümüklərdə qırıq və əzələ spazmları olan şəxslər kalsium səviyyələrini yoxlatdırmalıdırlar.


Əminə Bayramova 

Tarix: 27 Avqust 2025, 14:43   
Seçilən
4
pravda.az

1Mənbələr